...

Poçtdan seyf oğurladılar, o da boş çıxdı

Hadisə Materials 19 Fevral 2015 14:44 (UTC +04:00)
Zaqatalada poçtdan oğurluq etmiş 3 nəfər tutulub.
Poçtdan seyf oğurladılar, o da boş çıxdı

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlkin İzzət/

Zaqatalada poçtdan oğurluq etmiş 3 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 17-də Muxax kənd poçtundan 1 ədəd seyf oğurlanıb.

Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş kənd sakinləri Fərqan Əliyev, Samir Əhmədov və Elnur Rəcəbov tutulublar.

Maraqlısı odur ki, oğrular seyfi açdıqdan sonra onun boş olduğunu görüblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti