...

Beyləqan sakini Bakıda həmyerlisini avtomobillə vurub öldürdü

Hadisə Materials 20 Fevral 2015 10:22 (UTC +04:00)
Beyləqan sakini Bakıda həmyerlisini avtomobillə vuraraq öldürüb.
Beyləqan sakini Bakıda həmyerlisini avtomobillə vurub öldürdü

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Beyləqan sakini Bakıda həmyerlisini avtomobillə vuraraq öldürüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 23 radələrində Qara Qarayev prospektində Beyləqan rayon sakini, 1991-ci il təvəllüdlü Ruhin Neymətov idarə etdiyi "Mercedes" markalı avtomobillə həmyerlisi, 1989-cu il təvəllüdlü Nicat Babayevi vurub.

Xəstəxanaya yerləşdirilən yaralı orada ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti