...

DİN Kürdəmirdə polisin xidməti otağında özünü öldürməsi ilə bağlı məlumat yayıb

Hadisə Materials 23 Fevral 2015 13:12 (UTC +04:00)
Polis baş serjantı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb.
DİN Kürdəmirdə polisin xidməti otağında özünü öldürməsi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Polis baş serjantı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 21-də Baş Mühafizə İdarəsinin Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin manqa komandiri, polis baş serjantı Neman Tanrıverdiyev "Makarov" markalı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb.

Hadisə yerinə baxış zamanı "Makarov" markalı tapança, 2 ədəd güllə darağı, 15 patron və 1 ədəd giliz götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti