...

Dəm qazı bəlası: bir gündə 3 nəfər öldü

Hadisə Materials 23 Fevral 2015 15:39 (UTC +04:00)
Hər üç faktla bağlı araşdırma aparılır.
Dəm qazı bəlası: bir gündə 3 nəfər öldü

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Bir gündə dəm qazından zəhərlənmiş üç nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-də Binəqədi rayonunda yaşayan Həbib Rüstəmov, Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Əhmədli Məmmədov, Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yaşayan Rəfiqə Əliyeva mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Hər üç faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti