...

Gəncə-Bakı ekspress qatarında mühafizəçi bələdçidən oğurluq edib

Hadisə Materials 3 Mart 2015 13:17 (UTC +04:00)
Ekspress qatarının bələdçisinin çantasından oğurluq etmiş şəxs tutulub.
Gəncə-Bakı ekspress qatarında mühafizəçi bələdçidən oğurluq edib

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlkin İzzət/

Ekspress qatarında bələdçi işləyən qadının çantasından oğurluq etmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 1-də Gəncə-Bakı ekspress qatarında vaqon bələdçisi işləyən Bakı şəhər sakini Elmira Koçkarovanın çantasından 150 manatı oğurlanıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin vaqonda mühafizəçi işləyən Nicat Rəsulov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti