...

Qazax sakini paytaxtda külli miqdarda narkotik vasitə ilə yaxalandı

Hadisə Materials 10 Mart 2015 12:37 (UTC +04:00)
Qazax sakinindən külli miqdarda narkotik vasitə götürülüb.
Qazax sakini paytaxtda külli miqdarda narkotik vasitə ilə yaxalandı

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Qazax sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BŞBPİ-nin Narkotiklə Mübarizə İdarəsinin əməkdaşlarının martın 9-da Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1966-cı il təvəllüdlü Qazax rayon sakini, əvvələr məhkum olunmuş Ceyhun Xanbaba oğlu Vəliyevin üzərindən dövriyyəsi qanunla qadağan olunan iki ədəd qutuda qablaşdırılmış umumi çəkisi 7,37 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin "VAZ 2107" markalı avtomobilinə keçirilən baxış zamanı əlavə olaraq, umumi çəkisi 8 kiloqram 10 qram qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı toplanmış materiallar BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təhvil verilib, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti