...

Kazanda ticarət mərkəzində yanğın zamanı ölən və xəsarət alan azərbaycanlılarla bağlı təfərrüatlar açıqlandı (ƏLAVƏ OLUNUB-3)

Hadisə Materials 13 Mart 2015 17:58 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:00-da yayılıb)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir Səba Ağayeva/

Rusiyanın Kazan şəhərində "Admiral" ticarət mərkəzində baş verən güclü yanğın zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da olub. Bu barədə Trend "TASS" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, xəsarət alan 55 nəfərdən ikisi Azərbaycan vətəndaşıdır.

Hələki ölən Azərbaycan vətəndaşının bir nəfər olduğu bildirilir.

Ölənlərin sayı 14 nəfərə çatıb, 25 nəfərin dağıntılar altında qaldığı güman edilir.

Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib.

Binada olan 650 nəfər xilas edilib.

Faktla bağlı cinayət işi qaldırılıb.

XXX

Tatarıstan Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, yanğın zamanı ölən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşib. O, 1995-ci il təvəllüdlü Paşayev Pərviz Elman oğludur.

XXX

Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən Trend-ə bildiriblər ki, ticarət mərkəzində baş verən yanğın zamanı üç azərbaycanlı ölüb. Onlardan biri qadın, biri yeniyetmə oğlandır. Digəri isə kimliyi məlum olan 1995-ci il təvəllüdlü Paşayev Pərviz Telman oğludur.

XXX

Məlumata görə, hadisə zamanı iki azərbaycanlı xəsarət alıb. Şəxsiyyətləri məlum olmasa da, onlardan birinin adının Salam olduğu deyilir.

Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 15-ə çatıb. Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıqin deyib.

Hazırda 17 nəfər itkin düşmüş hesab olunur.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən isə Trend-ə bildiriblər ki, yanğın zamanı xəsarət alanlardan birinin kimliyi müəyyən olunub. O, Tağıyev Salam Bəxtiyar oğludur.

Ölən qadının isə Cəlilabad rayonundan olduğu müəyyənləşib. Öldüyü ehtimal edilən digər şəxsin isə Azərbaycan deyil, Türkiyə vətəndaşı olduğu dəqiqləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti