Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlkin İzzət/
Sumqayıtda avtomobil iki nəfəri vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 31-də saat 23 radələrində Sumqayıt şəhərində şəhər sakini Seymur Məhərrəmov idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən Ağdam rayon sakini İlham Poladovu və onun oğlu İsmayılı vurub. Piyadalar hər ikisi hadisə yerində ölüblər.
Faktla Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.