...

DİN: Bakıda yanmış evdən kişi meyiti tapılıb

Hadisə Materials 6 Aprel 2015 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İlkin İzzət/

Bakının Fatmayı bağlar sahəsində evdə yanğın baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 5-də saat 09 radələrində Binəqədi rayonunun Fatmayı bağlar sahəsində yaşayan Aleksandr Yeqorovun evində yanğın baş verib.

Nəticədə 20 kvm. sahədə yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra orada A.Yeqorovun yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti