Azərbaycan, Bakı, 8 aprel /Trend/
Goranboyda transformator yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Goranboy rayonu, Qızılhacılı qəsəbəsində 100 kVt-luq transformatorun yağı və sarğıları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.