...

Avtobusda arvadını qətlə yetirən ər polisə təslim olub

Hadisə Materials 10 Aprel 2015 13:12 (UTC +04:00)
Bakıda avtobusda həyat yoldaşını qətlə yetirən ər könüllü polisə təslim olub.
Avtobusda arvadını qətlə yetirən ər polisə təslim olub

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda avtobusda həyat yoldaşını qətlə yetirən ər könüllü polisə təslim olub.

Trend Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğunun məlumatına istinadən xəbər verir ki, aprelin 8-də saat 20:50-də paytaxtın Yasamal rayonu ərazisində 135 №-li şərnişin avtobusunda 1962-ci il təvəllüdlü Namik Məmmədov aralarında baş vermiş münaqişə zəminində arvadı, 1966-cı il təvəllüdlü Fatma Şəmiyevanın bədəninin müxtəlif nahiyələrinə üstündə gəzdirdiyi bıçaqla vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanıb.

N.Məmmədov rayon Polis İdarəsinə könüllü gələrək törətdiyi cinayət əməlini etiraf edib və o, cinayətin törədilməsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti