...

"Marixuanalı çilçıraq"

Hadisə Materials 14 Aprel 2015 17:37 (UTC +04:00)
Azərbaycana gətirilən çilçırağın içərisindən marixuana çıxdı.
"Marixuanalı çilçıraq"

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İlkin İzzət/

Azərbaycana gətirilən çilçırağın içərisindən marixuana çıxdı.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı, sürücü Hafiz Qəhrəmani və onun köməkçisi, Azərbaycan vətəndaşı Emin Mehtiyevin idarə etdikləri "Skania" markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtobusun yük yerindəki çilçırağın içərisindən 2 ədəd bükümdə, ümumi xalis çəkisi 15,42 qram olan narkotik vasitə - marixuana aşkar olunub.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti