...

Şəmkirdə 20 ton ot yanıb

Hadisə Materials 23 İyun 2015 09:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Şəmkirin Aşağı Seyfəli kəndində 20 ton ot yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 20 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunub.

Yanğın saat 03:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti