...

Goranboyda oğul atanı döyüb

Hadisə Materials 23 İyul 2015 15:13 (UTC +04:00)
Goranboyda yaşlı kişini ruhi xəstə oğlu döyüb.
Goranboyda oğul atanı döyüb

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Goranboyda yaşlı kişini ruhi xəstə oğlu döyüb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Goranboy rayon, Ağamalıoğlu kənd sakini 79 yaşlı Qələndər Şamiyev müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Kənd sakininə qapalı kəllə-beyin travması, sol qulağın kəsilməsi, sağ qulağın zədələnməsi diaqnozu qoyulub. Həkimlərin müdaxiləsindən sonra yaşlı kişinin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Q.Şamiyevin oğlu tərəfindən döyüldüyü bildirilir. Onun ruhi xəstə olduğu deyilir.

Goranboy rayon Polis şöbəsi faktla bağlı araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti