Azərbaycan, Bakı, 29 iyul /Trend/
Mehdiabad qəsəbəsində intihara cəhdin qarşısı alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.