Azərbaycan, Bakı, 1 avqust /Trend/
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 45-ci killometrində "Opel" markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan "Mercedes" markalı yük avtomobilinə çırpılıb.
Nəticədə, deformasiyaya uğramış "Opel" markalı minik avtomobilin 5 nəfərin sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.