Azərbaycan, Bakı, 9 avqust /Trend/
Bakıda 1 nəfər suda boğulmaqdan xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Nardaran-2" sularda xilasetmə məntəqəsindən təxminən 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 18:00-da başa çatmıb.