...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Hadisə Materials 10 Avqust 2015 01:41 (UTC +04:00)
Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzilin 1 otağının tavanı, ev əşyaları 20 kv.m və dəhlizdə paltar şkafı 4 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti