Beyləqan sakini elektrik dirəyinə çıxarkən ölüb

Hadisə Xəbər 15 Avqust 2015 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İlkin İzzət/

Beyləqan rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 14-də Beyləqan rayonunun 2-ci Şahsevən kəndində kənd sakini Müşfiq Allahverdiyev işıq dirəyinə çıxıb.

Ehtiyatsızlıq edən M.Allahverdiyev elektrik cərəyanı vurması nəticəsində ölüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti