Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Elmir Murad/
Şəmkirdə həmyerlisini bıçaqlayan şəxs həbs olunub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 17-də Şəmkir rayonunun Abbaslı kəndində kənd sakini Məzahim İsgəndərov münaqişə zəminində rayon sakini Rasim Qənbərliyə bıçaqla xəsarət yetirib. R.Qənbərli xəstəxanaya aparılarkən yolda keçinib. Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.İsgəndərov tutularaq istintaqa cəlb olunub. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.