...

Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı saxlandı

Hadisə Materials 20 Avqust 2015 17:03 (UTC +04:00)
Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb.
Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı saxlandı

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Elmir Murad/

Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan Azərbaycana gələn İran vətəndaşı Nazari Balaxanın idarə etdiyi "Dong Feng" markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı N.Balaxanın hərəkətləri şübhə doğurduğuna görə, onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı 2 ədəd bükümdə, ümumi xalis çəkisi 0,850 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti