...

Pirallahıda oğurluq edənlərdən biri Rusiyada quldurluğa görə axtarışda imiş

Hadisə Materials 22 Avqust 2015 14:38 (UTC +04:00)
Bakının Pirallahı qəsəbəsində Yüksək Texnologiyalar Parkının ərazisindən inşaat materilları oğurlayıb aparan şəxslər tutulublar.
Pirallahıda oğurluq edənlərdən biri Rusiyada quldurluğa görə axtarışda imiş

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İlkin İzzət/

Pirallahı qəsəbəsində Yüksək Texnologiyalar Parkının ərazisindən inşaat materilları oğurlayıb aparan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 21-də Pirallahı qəsəbəsində Yüksək Texnologiyalar Parkının ərazisindən naməlum şəxslər "Mercedes" markalı avtomobildə inşaat materilları oğurlayıb apararkən orada briqadir işləyən Ağstafa rayon sakini Şamxal Bayramov "VAZ-2107" markalı avtomobillə onların qarşısını kəsib. Lakin onlar avtomobili vuraraq hadisə yerini tərk ediblər.

Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Elməddin Hüseynov, Şəhriyar Cavadov və Tacı Əmrullayev tutulublar.

Müəyyən edilib ki, E.Hüseynov barəsində həmçinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (quldurluq) maddəsi ilə axtarış elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti