Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İlkin İzzət/
İçərisində 450000 ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də "Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450000 ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov tutulub. Hadisə ilə əlaqədar daha bir nəfərin isə şəxsiyyəti də müəyyən edilib.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.