Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İlkin İzzət/
Bakıda içində yarım milyon dollara yaxın pul olan seyfi oğurlamış qrupun daha bir üzvü tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 25-də Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450.000 ABŞ dolları olan seyfi oğurlamış qrupun digər üzvü - Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məhərrəmov tutulub. Saxlanılarkən ondan 3,08 qram tiryək götürülüb.
Qeyd edək ki, avqustun 1-də "Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450000 ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov tutulub.