...

Goranboyda maşın aşdı, sürücü ağır yaralandı

Hadisə Materials 4 Sentyabr 2015 20:16 (UTC +04:00)
Bakı-Qazax magistralında yol qəzası qeydə alınıb.
Goranboyda maşın aşdı, sürücü ağır yaralandı

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Bakı-Qazax magistralında yol qəzası qeydə alınıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, hadisə saat 18 radələrində magistral yolun Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində baş verib.

Goranboy rayon İşıqlar kənd sakini Tapdıq Ələkbərov "Lada Priora" markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb. Nəticədə 39 yaşlı sürücü müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal Gəncə şəhər TTYX-nə çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, xəstə əməliyyat olunub, vəziyyəti orta-ağır olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti