Azərbaycan, Bakı, 7 sentyabr /Trend/
Bakıda oğurluq edən maskalılar zərərsizləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xəzər RPİ Cinayət Axtarış Şöbəsi və 1-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 1-də saat 12:20 radələrində H.Z.Tağıyev küçəsində yeni yaşayş sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə maskalanaraq açıq qapıdan daxil olmaqla, onun əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü İlham Zakir oğlu Abbasov, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Xanəli oğlu Quliyev və Lənkaran rayon sakini, 1985-ci il təvəllüdlü Teyyub Əhmədulla oğlu Teymurov tutulub. Şübhəli şəxslər ətrafında, əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.