...

Balakəndə yanğın olub, ev sahibi və azyaşlı uşaq xəsarət alıb

Hadisə Materials 12 Sentyabr 2015 10:48 (UTC +04:00)
Balakəndə dəhşətli yanğın baş verib.
Balakəndə yanğın olub, ev sahibi və azyaşlı uşaq xəsarət alıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elmir Murad/

Balakəndə dəhşətli yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonunun Gərəkli kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı ev sahibi və onun azyaşlı övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti