...

Göygöldə mübahisə qanla bitib

Hadisə Materials 4 Oktyabr 2015 01:26 (UTC +04:00)
Göygöl rayonunda bıçaqlanma faktı qeydə alınıb.
Göygöldə mübahisə qanla bitib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Göygöl rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, saat 23 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 31 yaşlı rayon sakini Əbülfət Məmmədov gətirilib.

Xəstə dərhal cərahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat edilib. Xəstəxanadan verilən məlumata əsasən yaralı sol bud nahiyyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstənaya gətirilib.

Hazırda vəziyyəti orta ağırdır.

Xəbər lenti

Xəbər lenti