...

DİN ata və oğulun ölümü ilə bağlı məlumat yayıb

Hadisə Materials 26 Oktyabr 2015 13:20 (UTC +04:00)
İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
DİN ata və oğulun ölümü ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Malağan Külüllü kəndində qeydə alınıb.

İsmayıllı rayonunun Malağan Külüllü kəndində Qazax rayon sakini Məhəmməd İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb.

Hadisə nəticəsində M.İsmayılov və sərnişinlərdən atası Vaqif İsmayılov hadisə yerində ölüb, digər sərnişin - qardaşı İsmayıl İsmayılov xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti