...

Yaşayış binasında yanğın hadisəsi baş verib

Hadisə Materials 30 Oktyabr 2015 13:21 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.
Yaşayış binasında yanğın hadisəsi baş verib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə daxil olan məlumata görə, Xətai rayonunda doqquzmərtəbəli binanın yeddinci mərtəbəsinin pilləkən qəfəsində 13 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti