...

İstanbul-Gəncə reysi həyata keçirən təyyarə eniş edə bilməyib (YENİLƏNİB)

Hadisə Materials 8 Noyabr 2015 13:47 (UTC +04:00)
Türk hava yollarına (THY) məxsus İstanbul-Gəncə reysi həyata keçirən təyyarə Gəncə hava limanına eniş edə bilməyib
İstanbul-Gəncə reysi həyata keçirən təyyarə eniş edə bilməyib (YENİLƏNİB)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Türk hava yollarına (THY) məxsus İstanbul-Gəncə reysi həyata keçirən təyyarə Gəncə hava limanına eniş edə bilməyib.

Hadisə yerindən Trend-ə verilən məlumata görə, saat 08:45-də enişi nəzərdə tutulan təyyarə qatı dumanlı hava şəraitinə görə havada iki saat dövrə vurduqdan sonra saat 12:50-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanından verilən məlumata görə, sərnişinlər Bakıdan Gəncəyə avtobusla yola salınıb. Axşam saatlarında isə hava limanı Moskva-Gəncə reysini həyata keçirən təyyarəni qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti