Bakı - Trend:
Abşeron rayonunun Saray qəsəbəsində yaşayan İslam Vəliyevin evində yanğın baş verib.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə zamanı 25 kvm. sahədə yanar konstruksiyalar yanıb, orada təmir işləri aparan rayon sakinləri Vüqar Quliyev və Ruslan Bəxtiyarov isə xəstəxanaya yerləşdiriliblər.