Bakı. Samir Məmmədov - Trend:
Bakıda mertonun "Sahil" stansiyasının qarşısında baş verən qətl hadisəsilə bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə Səbail Rayon Prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə yanvarın 4-də səhər saatlarında metronun "Sahil" stansiyasının yaxınlığında baş verib. 25-30 yaşlarında kişi bıçaqlanaraq qətlə yetirilib.
Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi məlum deyil.
Hüquq-mühafizə orqanları qətli rötədən şəxsin tutlması istiqamətində əməliyyat axtarış tədbirlərinə başlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.