Bakı. Trend:
Bu gün günorta saatlarında İstanbulun mərkəzi meydanında baş vermiş partlayış zamanı xəsarət alanlar arasında azərbaycanlıların olması faktı araşdırılır.
Azərbaycanın Türkiyədəki səfirliyi və İstanbuldakı Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, səfirlik və konsulluq Türkiyə hüquq-mühafizə orqanları ilə birlikdə bu məsələ ilə bağlı araşdırma aparır.