...

Göyçay, Şamaxı və Astarada evlər yanıb

Hadisə Materials 26 Fevral 2016 09:33 (UTC +04:00)
Göyçay, Şamaxı və Astara rayonlarında vətəndaşa məxsus evlər yanıb.
Göyçay, Şamaxı və Astarada evlər yanıb

Bakı. Trend:

Göyçay, Şamaxı və Astara rayonlarında vətəndaşa məxsus evlər yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Göyçay rayonu, Çaxırlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 372 kv.m olan ikimərtəbəli (hər mərtəbəsi 186 kv.m) 5 otaqlı yaşayış evinin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 176 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şamaxı rayonu, Mərzəndiyə kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və içərisinə yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Astara rayonu, Siyakü kəndində vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə və mətbəxin tavanı 15 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti