...

Yardımlıda 9 otaqlı evin 1 otağı külə dönüb

Hadisə Materials 9 Mart 2016 14:02 (UTC +04:00)
Yardımlı rayonunda yanğın faktı qeydə alınıb.
Yardımlıda 9 otaqlı evin 1 otağı külə dönüb

Bakı. Trend:

Yardımlı rayonunda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, rayonun Nisəqələ kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 9 otaqlı evin 1 otağının döşəməsi 3 kv.m sahədə yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti