Bakı. Trend:
Hacıqabul şəhərində 3 otağlı evdə yanğın baş verib.
Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 30 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən zəhərllənmiş və yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.