...

Bakıda altımərtəbəli binada yanğın baş verib

Hadisə Materials 22 Mart 2016 07:04 (UTC +04:00)
Bakıda altımərtəbəli binada yanğın baş verib
Bakıda altımərtəbəli binada yanğın baş verib

Bakı. Trend:

Bakıda altımərtəbəli binada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2520 kv.m olan 6 mərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 230 kv.m sahədə, 1-ci mərtəbədən 6-cı mərtəbəyə qədər pilləkən qəfəsi, mərtəbələrdə olan xolların divarlarına vurulmuş taxta üzlüklər 340 kv.m sahədə və mansard hissəsi 40 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti