...

Bakıda evdən 3000 manat və qızıl oğurlayanlar tutulub

Hadisə Materials 29 Mart 2016 12:27 (UTC +04:00)
Bakıda mənzildən pul və qızıl əşyaları oğurlanıb
Bakıda evdən 3000 manat və qızıl oğurlayanlar tutulub

Bakı. Trend:

Bakıda mənzildən pul və qızıl əşyaları oğurlanıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də Bakı şəhər sakini Rövşən Əliyevə məxsus evdən 3000 manat və qızıl əşyalar oğurlamış paytaxt sakini Mahmud Mahmudov və Orxan Yusifov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti