...

Goranboyda ev partladı - 4 yaralı

Hadisə Materials 30 Mart 2016 12:58 (UTC +04:00)
Goranboyda evdə partlayış olub.
Goranboyda ev partladı - 4 yaralı

Bakı. Trend:

Goranboyda evdə partlayış olub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, martın 29-da saat 08 radələrində Bakı şəhər sakini Nadir Mehralıyevin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki kirayədə yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə evin dam örtüyündə və divarlarında çatlar əmələ gəlib, pəncərə və qapı şüşələri sınıb, yanıq xəsarəti alan N.Mehralıyev, arvadı Nailə, qızları Gülcəmal və Solmaz xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti