...

Şirvanda Türkiyə vətəndaşına xəsarət yetirərək külli miqdarda pulunu məmimsəyiblər

Hadisə Materials 4 Aprel 2016 12:06 (UTC +04:00)
Şirvanda Türkiyə vətəndaşına xəsarət yetirərək külli miqdarda pulunu məmimsəyiblər.
Şirvanda Türkiyə vətəndaşına xəsarət yetirərək külli miqdarda pulunu məmimsəyiblər

Bakı. Trend:

Şirvanda Türkiyə vətəndaşına xəsarət yetirərək külli miqdarda pulunu məmimsəyiblər. Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 3-də Şirvan şəhərində Türkiyə vətəndaşı, "Galaxy" şirkətinin müdiri Akkurt Sadrettin "Toyota" markalı avtomobili idarə edərkən velosiped sürən naməlum şəxs yıxıldığından köməklik məqsədi ilə düşüb ona yaxınlaşarkən başından vurulmuş zərbədən huşunu itirmiş və salonunda 60000 manat olan avtomobili qaçırılmışdır.

A.Sadrettin xəstəxanaya yerləşdirilib. Avtomobil həmin gün Şirvan şəhəri ərazisində tapılıb və pulun aparılması müəyyən edilib.

Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti