...

Səhər saatlarında Ağdaşda ev yanıb

Hadisə Materials 8 Aprel 2016 11:13 (UTC +04:00)
Səhər saatlarında Ağdaş rayonunda yanğın faktı qeydə alınıb.
Səhər saatlarında Ağdaşda ev yanıb

Bakı. Trend:

Səhər saatlarında Ağdaş rayonunda yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, rayonda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti