...

Qazaxda yol qəzasında 5 nəfər ağır xəsarət alıb

Hadisə Materials 9 May 2016 01:46 (UTC +04:00)
Qazaxda baş verən yol qəzasında 5 nəfər ağır xəsarət alıb
Qazaxda yol qəzasında 5 nəfər ağır xəsarət alıb

Bakı. Trend:

Qazaxda baş verən yol qəzasında 5 nəfər ağır xəsarət alıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə mayın 8-də Bakı-Qazax avtomaqistralının 475-ci kilometrliyində baş verib.

Qazax rayon sakini 23 yaşlı Orxan Vəliyev "Vaz 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, 63 yaşlı Mübariz Musayevin idarə etdiyi Kamaz markalı yük avtomobilinə çırpılıb.

Nəticədə sürücü ilə yanaşı Vaz markalı avtomobildə olan 21 yaşlı Elmir Rafiqli, 21 yaşlı Rəhim İbrahimli, 22 yaşlı Əmrah Məmmədov və eləcədə Kamazın sürücüsü 63 yaşlı Mübariz Musayev ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal Qazax Müalicə Diaqnostika Mərkəzi çatdırılıblar. Dərhal tibbi yardım göstərilən yaralılardan bəzilərinin vəziyyəti kafi olsada, lakin Əmrah Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti