Bakı. Trend:
Bakıda pul dolu seyfi oğurlamış şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də Bakı şəhər sakini Mübariz Mədətova məxsus evdən içərisində 10000 ABŞ dolları və 40000 avro pul olan seyfi oğurlamış paytaxt sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulublar.