...

Sumqayıtda 3 yük maşını toqquşdu: ölən və yaralanan var

Hadisə Materials 18 İyun 2016 12:53 (UTC +04:00)
Sumqayıtda 3 yük maşını toqquşub.
Sumqayıtda 3 yük maşını toqquşdu: ölən və yaralanan var

Bakı. Trend:

Sumqayıtda 3 yük maşını toqquşub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 17-də saat 05 radələrində Sumqayıt şəhərində Zaqatala rayon sakini Ramazan Cumayev idarə etdiyi “MAN” markalı avtomobili yolun kənarında dayanmış “KamAZ” markalı iki avtomobilə vurub.

“KamAZ” markalı avtomobillərdən birinin sürücüsü - Şabran rayon sakini Əjdər Əliyev hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti