...

Əl yükündən 30 mobil telefon çıxdı

Hadisə Materials 22 İyun 2016 14:52
Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Əl yükündən 30 mobil telefon çıxdı

Trend-i buradan izləyin

Bakı. Trend:

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin vətəndaş baqajında bəyan edilməli əşyaların olub-olmaması barədə sorğu-sual edilərkən çantasında 4 ədəd mobil telefonun olduğunu bildirib.

Yoxlama zamanıvətəndaşın çantasından şifahi şəkildə bəyan etdiyi 1 ədəd “Samsung Galaxy A3”, 1 ədəd “Samsung Galaxy J1”, 1 ədəd “Samsung Galaxy J1 mini” və 1ədəd “Samsung Galaxy S7 edge” markalı mobil telefonlar aşkar olunub.

Lakin vətəndaşa məxsus sellofan paketin yoxlanılması zamanı onun içərisində, gömrük nəzarətindən gizlədilmiş 26 ədəd “Samsung Galaxy J7” və 4 ədəd “Samsung Galaxy J2” markalı mobil telefonlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti