...

Tərtərdə "Qrad" raketinin hissəsi tapılıb (FOTO)

Hadisə Materials 11 İyul 2016 17:19 (UTC +04:00)

Bakı. Trend:

Bu gün daha bir partlamamış hərbi sursat aşkarlanıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Gün ərzində Ağdam rayonu Mahrızlı kəndində əkin sahəsində 6 partlayış yerinə baxış keçirilsə də, heç bir sursat aşkarlanmayıb.

Tərtər rayonu Çaylı kəndində isə əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb.

Ümumilikdə 11 iyul tarixində 2 əkin sahəsində 10 partlayış yerinə baxış keçrilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Nəticə etibarilə gün ərzində 10 500 kv.m ərazi təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti