"Eşşək arısı" qonağı xəstəxanalıq etdi (FOTO/VİDEO)

Hadisə Materials 11 İyul 2016 17:47 (UTC +04:00)

Bakı. Trend:

Lənkərana qonaq gələn Cəlilabad sakinini arı xəstəxanalıq etdi.

Trend CTV-yə (Region TV) istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Lənkəranın Səpnəkəran kəndində qeydə alınıb.

Cəlilabad rayon, Qarazəncir kənd sakini 25 yaşlı Kamil Həsənov qonaq gəldiyi qohumlarının həyətyanı sahəsində gəzişərkən qəfildən arı onu sancıb. Sancmadan sonra huşunu itirən gəncə yaxınları tərəfindən ilkin yardım olunub.

Daha sonra Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub. Hadisə yerinə həkim briqadası gələrək ona allergiya və şok əleyhinə iynələr vurulub. Göstərilən yardımdan sonra özünə gələn K.Həsənovun vəziyyəti yenidən pisləşdiyindən tibb işçiləri onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdıraraq, reanimasiya şöbəsinə yerləşdiriblər.

Bədəninin ayrı-ayrı yerlərində səpmələr əmələ gələn zərərçəkmiş müayinə edilib. Məlum olub ki, onu bal arısı deyil, el arasında "eşşək arısı" deyilən arı növü sancıb. Hazırda xəstənin vəziyyəti orta-ağırdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti