...

İlan sancan dostunu xilas etmək istəyən şəxs də zəhərlənib (FOTO/VİDEO)

Hadisə Materials 27 İyul 2016 16:01 (UTC +04:00)
Qax rayon sakini Əhməd Hacıyev axşam saatlarında Kürmük çayının kənarında istirahət edən zaman ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb.
İlan sancan dostunu xilas etmək istəyən şəxs də zəhərlənib (FOTO/VİDEO)

Bakı. Trend:

Qax rayon sakini Əhməd Hacıyev axşam saatlarında Kürmük çayının kənarında istirahət edən zaman ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, bu zaman onunla birlikdə istirahət edən tanışı Elşən Musayev ilan sancan nahiyədən zəhəri sorub. Hər iki şəxs zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb və cərrahiyə şöbəsinə yerləşdirilib.

Ə.Hacıyevə lazımi tibbi yardım göstərilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

E.Musayevə də lazımi tibbi yardım göstərilib, hazırda həkim nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti