Bakı. Trend:
Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində vətəndaşa məxsus “Vaz” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.